COP29 | Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri və üzvü Azərbaycana gəliblər

 COP29 |  Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri və üzvü Azərbaycana gəliblər
  10 Noyabr 2024    Oxunub:459
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəliblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.


AzVision.az


Teqlər:





Xəbər lenti